RU

Teymur Rəcəbovdan USTAD DƏRSİ

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə növbəti dəfə "ustad dərsi" keçirilib. Sport24.az xəbər verir ki, yeniyetmələr arasında respublika çempionatının qalib və mükafatçıları o cümlədən perspektivli şahmatçılar bu dəfə dünya kubokunun qalibi, üçqat Avropa çempionu Teymur Rəcəbovla görüşüb.

Mötəbər yarışlara hazırlıq barədə danışan Rəcəbov müxtəlif partiyaları təhlil edərək sonda uşaqların suallarına cavab verib.

Qeyd edək ki, oktyabrda kişi şahmatçılardan ibarət Azərbaycan yığması Gürcüstanda keçiriləcək komandalar arasında Avropa çempionatında iştirak edəcək. Azərbaycan komandasının kapitanı Teymur Rəcəbov olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
36
9
sport24.az

10Источники