RU

“Şaman şair”in doğum gününə sözardı

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Əslində, “Rüstəm Behrudi bu gün dəyərini tam almayan” şairlərdəndir demək olar.

Ən azı, bu qocaman ustad şairin hələ də “Xalq şairi” adı yoxdur. Di gəl, o da doğrudur ki, şair özü də bu adı istəmir, haqlı olaraq özünü bu addan daha yuxarıda görür.

Türk, türkçülük deyəndə adı yada düşən ilk insan odur elə Azərbaycanda-Rüstəm Behrudi!

Lap necə deyərlər, “Şaman şair!”

Rüstəm Behrudi sözə sənət kimi yox, alın yazısı kimi baxmağı seçən adamdır.

Onun şeirlərindən həmişə bir qədim türk yaddaşı, türk ruhu, mübarizəsi, əzmi boyların, türkün ayaq səsləri gəlir!

Elə həm də bu səbəbdir ki, Türk dünyası da öz böyük şairinin kim olduğunu yaxşı bilir, sevir.

Türk dünyası bilir ki, onun milli yaddaşını şeirlərdə yaşadan belə bir ulu şair var!

Obrazlı ifadə etsək, onun şeirləri zamanın fövqündədir.

Xülasə, o, sözün çılpaqlığını qoruyan nadir şairlərdəndir.

O, dar ağacına alnıaçıq salam verən adamdır.

Bu sözlər təkcə bir şeir misrası deyil, həm də taleyin özüdür. O dar ağacı Rüstəm Behrudinin getdiyi yolun sonudur.

Odur ki, Salam, Rüstəm Behrudi, salam!

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
icma.az

1Источники