RU

Ronaldinyonun oğlu Acun İlıcalının klubuna KEÇDİ

Əfsanəvi braziliyalı futbolu Ronaldinyonun oğlu Joao Mendes İngiltərənin "Hall Siti" klubuna keçib.

Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Mendes Çempionşip təmsilçisinin U-21 komandasında çıxış edəcək. Türkiyəli iş adamı Acun İlıcalıya məxsus olan Hall Siti" Çempionşipdə 17-ci yerdədir. 

Qeyd edək ki, Joao Mendes karyerasına Braziliya "Kruzeyro"sunda başlayıb. O, 2023-cü ilin yazında "Barselona"ya, ötən il isə İngiltərə "Bernli"sinə keçib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
14
3
bizim.media

4Источники