RU

Daha bir şəhidimiz Qubada torpağa tapşırılıb

Daha

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid hərbçi Murad Məlikməmməd oğlu Vəliyevin qalıqları Quba rayonuna gətirilib.

Reyting.az
APA-ya istinadla bildirir ki, Quba şəhərinin girişində şəhidin qarşılanma mərasimi keçirilib.

Daha sonra şəhidin qalıqları doğulduğu Nütəh kəndinə gətirilib. Vida mərasimindən sonra şəhid Murad Vəliyevin qalıqları kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Murad Vəliyev 1971-ci ildə Quba rayonunun Nütəh kəndində anadan olub.

O, 1994-cü ildə Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Избранный
25
5
reyting.az

6Источники