RU

"Rusiya-Ukrayna danışıqları dayandırılıb" - Kreml

Kreml Rusiya və Ukrayna arasında danışıqların dayandırıldığını elan edib.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Kreml bildirib ki, Avropanın Rusiya və Belarusun cümə günü başlatdığı birgə hərbi təlimlərlə bağlı narahatlığı “Rusiyaya qarşı həddindən artıq emosionallıq və düşmənçilikdən” qaynaqlanır.

Kreml Rusiya ilə Ukrayna arasında danışıqların dalana dirəndiyini də bəyan edib. ABŞ prezidenti Tramp Rubioya Qətərlə bağlı göstəriş verib Kremlin sözçüsü Dmitri Peskov Qərbi Avropa ölkələrinin "emosional həddən artıq yüklənmə" yaşadığını bildirib və əlavə edib ki, "Rusiya onlar üçün heç bir təhlükə yaratmır".

Rusiya Müdafiə Nazirliyi cümə günü iki ölkənin NATO sərhədində "Zapad" adlı birgə hərbi təlimlərə başladığını və təlimlərin həm Rusiya, həm Belarus ərazilərində, həm də Baltik və Barents dənizlərində keçiriləcəyini açıqlayıb.

Избранный
11
manset.az

1Источники