Azərbaycanda bir sıra təhsil müəssisələrində əsaslı və cari təmir işlərinin aparılması üçün tender elan olunub.
BAKU.WS-in məlumatına görə, satınalmanı Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi həyata keçirəcək.
Layihənin ümumi dəyəri 7 milyon 414 min manat təşkil edir.
Layihənin icrası nəticəsində təhsil müəssisələrinin binə və sinif otaqlarında şəraitin yaxşılaşdırılması, daha müasir və təhlükəsiz infrastrukturun təmin olunması gözlənilir.