RU

“Neftçi”nin danışıqlar apardığı 4 legioner - Nə problem var?

«Neftçi» hazırda azad agent statusu daşıyan 4 legionerlə danışıqları davam etdirir. Bu barədə klubdan məlumat almışıq. Redaksiyamıza verilən informasiyaya görə, görüşülən oyunçuların hamısı əcnəbidir və son olaraq Avropada çıxış ediblər. Məqsəd onlardan ikisi ilə anlaşmaqdır. Proses 1 aya yaxındır gedir, sadəcə, hələ müqavilə şərtlərində tam razılığa gəlmək mümkün olmayıb. Samir Abasovun «sərəncamımda görmək istərdim» söylədiyi legionerlər uzunmüddətli kontrakta imza atmağa israrlıdır, bakılı rəsmilər isə bu varianta bir qədər ehtiyatlı yanaşır. «Ağ-qaralar» baş məşqçinin xidmətinə maraq göstərdiyi oyunçularla 1+1 illik anlaşmaq niyyətindədir və bunun üçün maliyyə öhdəliklərinin razılaşdırılması da vacibdir. Çünki paytaxt təmsilçisi yarımmüdafiə və müdafiə fazasına düşündüyü əcnəbilərə böyük paralar xərcləmək fikrində deyil. Büdcəyə qənaət etmək istədikləri üçün.

SPORTİNFO.AZ

Избранный
10
sportinfo.az

1Источники