RU

Rusiyanın Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı vacib qərar çıxarıb

Bakı. Trend:

Sentyabrın 12-də Rusiyanın Mərkəzi Bankı 2025-ci il ərzindəardıcıl olaraq 3-cü dəfə uçot dərəcəsini 1 faiz bəndi azaldaraq -illik 17 faizə endirib.

Trend xəbər verirki, bu barədə Rusiyanın maliyyə tənzimləyicisinin pres-relizindədeyilir.

“Cari qiymət artımının davamlı göstəriciləri əhəmiyyətlidərəcədə dəyişməyib və əsasən illik hesablamada 4 faizin üzərindəqalır. İqtisadiyyat balanslaşdırılmış artım trayektoriyasınaqayıtmağa davam edir. Son aylarda kreditləşmə artımı aktivləşib.İnflyasiya gözləntiləri yüksək olaraq qalır. Rusiya Bankıinflyasiyanı 2026-cı ildə hədəfə qaytarmaq üçün zəruri olan sərtpul-kredit şərtlərini dəstəkləyəcək.

Açar dərəcə üzrə növbəti qərarlar inflyasiyanın azalmasınındavamlılığına və inflyasiya gözləntilərinin dinamikasına uyğunolaraq qəbul ediləcək. Rusiya Bankının proqnozuna əsasən, həyatakeçirilən pul-kredit siyasəti nəzərə alınmaqla, illik inflyasiya2025-ci ildə 6,0–7,0 faizə enəcək, 2026-cı ildə 4,0 faizsəviyyəsinə qayıdacaq və bundan sonra hədəfdə qalacaq”, – deyəRusiya Bankı qeyd edib.

Məqalədə:
Избранный
41
1
az.trend.az

2Источники