RU

Çin səfiri Bakı Dövlət Universitetinə 28 kitab hədiyyə edib

Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasına 19 adda 28 nüsxə kitab hədiyyə edib.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, səfirliyin ikinci katibi Vang Ruinin vasitəçiliyi ilə təqdim olunan kitablar Çin tarixi, fəlsəfəsi, elmi, siyasəti, texnikası, iqtisadiyyatı və mədəniyyətindən bəhs edir. Qədim Şərqin zəngin mədəni irsi və tarixini, müasir Çinin inkişaf ənənələrini əks etdirən bu kitablar universitetin professor-müəllim heyəti və tələbələr üçün mühüm əhəmiyyət daşıyır, eləcə də elmi və mədəni araşdırmaların zənginləşdirilməsinə töhfə verir. Hədiyyə olunan kitablar vasitəsilə universitetin tələbə və əməkdaşları Çin mədəniyyəti, iqtisadiyyatı, elmi nailiyyətləri və sosial-siyasi inkişafı barədə daha ətraflı məlumat əldə edə biləcəklər.

Bu təşəbbüs ölkələrarası mədəni və akademik əlaqələrin daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət edir.

Избранный
23
2
tehsil.biz

3Источники