RU

Qəbələdə Birinci Qarabağ müharibəsinin itkin şəhidi ilə vida mərasimi keçirilib

Qəbələ rayonunun Qəmərvan kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan Vəkil Möylan oğlu Qayıbovla vida mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər vverir ki, vida mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

V.Qayıbov 1973-cu il avqustun 30-da anadan olub. 1992-ci il iyunun 15-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Şəhidin nəşinin qalıqları Qəbələ rayonunun Qəmərvan kənd qəbiristanlığında dəfn olunacaq.

Избранный
9
7
bakivaxti.az

10Источники