Rusiya Mərkəzi Bankı uçot dərəcəsini illik 17%-ə endirib. Bu barədə Mərkəzi Bankın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Mərkəzi Bank ardıcıl üçüncü dəfə uçot dərəcəsini 18%-dən 17%-ə endirib.
Uçot dərəcəsi ilə bağlı növbəti qərarlar inflyasiyanın yavaşlamasının davamlılığından asılı olaraq qəbul ediləcək.