RU

Aİ Rusiya və Belarus diplomatlarından Polşaya dron hücumuna görə izahat istəyib

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avropa İttifaqı Brüsseldə Rusiya və Belarus nümayəndələrini Polşa ərazisinə Rusiyaya məxsus dronların "qəsdən və təhlükəli" şəkildə daxil olmasına etiraz olaraq izahat üçün çağırıb.

APA xəbər verir ki, bu barədə AFP agentliyi Aİ nümayəndəsinə istinadən məlumat verib.

“Biz aydın şəkildə bildirdik ki, bu məsuliyyətsiz hərəkət Rusiyanın ciddi eskalasiyaya getdiyini göstərir və Aİ vətəndaşlarının təhlükəsizliyinə birbaşa təhdiddir”, – Aİ rəsmisi qeyd edib.

Bundan əvvəl, İsveç, İspaniya, Niderland və Çexiya da ayrılıqda öz paytaxtlarında Rusiya səfirliklərinin rəhbərlərini izahat üçün öz xarici işlər nazirliklərinə dəvət ediblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
39
3
apa.az

4Источники