RU

Mübahisə xəbəri doğru deyil - Rəhbər şəxs klubdan buna görə gedibmiş…

«Kəpəz»in İdarə Heyətinin (İH) sabiq sədri İlqar Nadirinin klubdan ayrılması ətrafında müxtəlif xəbərlər dolaşmaqdadır.

Mediada və sosial şəbəkələrdə yayılan informasiyalar çoxşaxəlidir. İddia olunur ki, əməliyyatlar üzrə direktor İH-nin yeni sədri Adil Vəliyevlə mübahisə edib. Onunlaadıçəkilən şəxs arasında fikir ayrılığının klubun idarəetməsi və əsas komandayla bağlı olduğu deyilir. Belə ki, İ.Nadirinin bəzi funksionerlərin buradan uzaqlaşdırılmasına eiraz bildirdiyi, həmçinin baş məşqçi Adil Şükürovun apardığı transfer siyasətinə qarşı çıxdığı söylənilir.
Əslində isə tirajlanan bu informasiyaların mütləq əksəriyyətinin həqiqətlə əlaqəsi sıfıra bərabərdir. Əvvəla, Nadiri ilə Vəliyev arasında görüş keçirilməyib. Direktor istefa ərizəsini bir müddət öncə yazıb, amma… sükut yenə pozulmayıb. Onu «Kəpəz»dən getməyin doğruluğuna inandıran amil isə gerçək səlahiyyət sahibi olmamasıdır. Odur ki, maaş almaq xatirinə boş-boş ortalıqda görünməyi özünə sığışdırmayıb.
Necə də olmasa, karyerasının son 6 ili birbaşa «Kəpəz»lə bağlıdır. «Sarı-göylər»in ən çətin vaxtında başqaları kimi qaçıb haradasa gizlənməyib, sinəsini irəli verib, bütün sıxıntılara dözüb. Gəncə təmsilçisinin axır üç mövsümdə Premyer Liqada qalmasında da böyük əziyyət çəkib, şəxsi vəsaiti və əlaqələri hesabına komandanın əksər problemlərini həll edib.

SPORTİNFO.AZ

Избранный
36
sportinfo.az

1Источники