RU

Rusiya XİN: Ermənistan və Azərbaycan arasında dayanıqlı barışığın tərəfdarıyıq

Rusiya ardıcıl olaraq Ermənistan və Azərbaycan arasında dayanıqlı barışığın tərəfdarıdır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının normallaşmaya töhfəsini qiymətləndirmək çətindir və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının hazırkı mərhələsi Rusiyanın və şəxsən prezident Vladimir Putinin fəal köməyi ilə başlayıb.

Zaxarova xatırladıb ki, 2020-2022-ci illərdə Moskvanın birbaşa iştirakı ilə ən yüksək səviyyədə üçtərəfli razılaşmalar əldə etmək mümkün olub:"Onlar sözün əsl mənasında “yerdə” axan qanı dayandırdılar və sülh prosesinin əsas istiqamətlərini müəyyənləşdirdilər".

Избранный
9
6
apa.az

7Источники