"Sumqayıt"dan ayrılan futbolçu Kamran Quliyevin yeni klubu rəsmiləşib.
Fanat.Az xəbər verir ki, 25 yaşlı hücumçu karyerasını I Liqada davam etdirəcək.
Sözügedən forvard "Səbail"ə qoşulub. "Dənizçilər"in mətbuat xidməti Quliyev 1+1 illik müqavilə imzaladıqlarını bəyan edib.
Xatırladaq ki, "Səbail" ötən mövsüm Misli Premyer Liqasındakı mübarizəni sonuncu pillədə başa vuraraq 1-ci Liqaya düşüb.