RU

AFFA-dan millinin baş məşqçisi ilə bağlı qərar: Onun namizədliyi nəzərdən keçirilir

AFFA portuqaliyalı mütəxəssis Fernandu Santuşun istefasından sonra Azərbaycan milli komandasının boş qalan baş məşqçi postu ilə bağlı qərar verib.

Assosiasiya rəhbərliyi yığmanın “sükanı”nı müvəqqəti olaraq yerli məşqçiyə tapşıracaq. Milli seçmə mərhələdə 6 oyundan 2-ni keçirib. Digər 4 qarşılaşmada əcnəbi mütəxəssisə güvənməyin risk olduğu qənaətinə gəlinib.

Lakin komandaya rəhbərlik edəcək şəxslə bağlı hələ qərar verilməyib. Ukrayna ilə oyunda yığmanı meydana çıxaran Ayxan Abbasov nəzərdən keçirilsə də, AFFA-nın alternativ variantları da var.

Qeyd edək ki, Azərbaycan millsi oktyabrın 10-da Fransanın, 3 gün sonra isə Ukraynanın qonağı olacaq. Son 2 qarşılaşma isə noyabrda Bakıda keçiriləcək.

Избранный
21
1
moderator.az

2Источники