RU

Solovyova sui-qəsd planlaşdıran şəxs... – FTX

FTX-nin Ulyanovsk vilayəti üzrə İdarəsinin əməkdaşları sərhəd orqanları ilə birlikdə 2024-cü ilin aprelindən 2025-ci ilin iyununa qədər Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə teleaparıcı Vladimir Solovyova qarşı sui-qəsdin hazırlanmasında iştirak etməyi planlaşdıran 1989-cu il təvəllüdlü Dimitrovqrad sakinini saxlayıb.

Axar.az xəbər verir ki, bu barədə Solovyov öz Teleqram kanalında məlumat yayıb.

Məlumata əsasən, saxlanılan şəxs onun səyahət marşrutları haqqında məlumat toplamaq üçün dəfələrlə Moskvaya gedib:

“Ulyanovska qayıtdıqdan sonra o, hərbi-sənaye kompleksi obyektlərinin yerləşdiyi yer haqqında məlumat toplayıb və bununla da terror təşkilatının cinayətkar fəaliyyətinin məqsədlərinə çatmağa yönəlmiş addımlar həyata keçirib. FTX həmin şəxsə qarşı Cinayət Məcəlləsinin 205.5-ci maddəsi ilə cinayət işi açıb, Rusiyada terrorçu kimi tanınan təşkilatın fəaliyyətində iştiraka görə o, 10 ildən 20 ilədək həbs cəzası ala bilər”.

Избранный
29
2
axar.az

3Источники