RU

Lukaşenko kartofa dəhşətli sevgisindən danışdı: Dünən günah etdim, yedim

ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Belarus prezidenti Aleksandr Lukaşenko Minsk sakinləri ilə görüşündə deyib ki, o, dünən "günah edib" və kartof yeyib. 

Qaynarinfo BELTA agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı bununla pəhrizini pozmağı nəzərdə tutub.

Prezident Minskdəki Loşitski kompleksinə baş çəkib, burada gənc rəssam Yevgeniya ona öz tablosunu hədiyyə edib. Jest olaraq Aleksandr Lukaşenko köməkçilərinə qıza bir kisə kartof verməyi tapşırıb. Bundan sonra o, sənətçinin kartofu bəyənib-bəyənmədiyinə aydınlıq gətirmək qərarına gəlib. Və müsbət cavab alıb.

"Mən onları dəhşətli dərəcədə sevirəm. Dünən günah işlətdim, kartof yedim" deyən Lukaşenko etiraf edib. BELTA qeyd edib ki, prezident bununla riayət etməyə çalışdığı pəhrizi pozduğunu etiraf edib.

Qeyd edilib ki, Belarusda bu il kartof istehsalı yaxşı olub. Prezidentin sözlərinə görə, hətta ixrac üçün kifayət qədər kartof olacaq və artıq Belarusun tarlalarından 9 milyon tona yaxın taxıl, o cümlədən kolza yığılıb: "Bu o deməkdir ki, bizim çörəyimiz, kartofumuz olacaq".

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
31
qaynarinfo.az

1Источники