RU

Birinci Qarabağ müharibəsinin itkin şəhidinin nəşinin qalıqları Qubada dəfn edilib

BAKI, TurkicWorld

Birinci Qarabağ müharibəsində itkin düşən və şəxsiyyəti yeni müəyyənləşdirilən hərbçi Murad Məlikməmməd oğlu Vəliyev dəfn edilib.

TurkicWorld xəbər verir ki, Quba rayonunun Nütəh kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Quba Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və sakinlər iştirak ediblər.

Qeyd edək ki, bugün Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhidin qalıqları dəfn olunub.

Избранный
32
3
turkic.world

4Источники