RU

Şəhid Cəlal Abdullayevin qalıqları Qobustanda dəfn olundu FOTO

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid hərbçi Cəlal Abdullayevin qalıqları ailəsinə təhvil verilib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu gün şəhidlə vida mərasimi keçirilib.

Şəhidin qalıqları Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbə qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Abdullayev Cəlal Xankişi oğlu 1971-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olub. 1993-cü il martın 29-da Kəlbəcər rayonu, Çərəkdar kəndində itkin düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
8
redaktor.az

10Источники