RU

Türkiyənin xüsusi elçisi Serdar Kılıç Ermənistana gəlib

Azpost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi elçisi Serdar Kılıç Ermənistana gəlib.

AzPost bildirir ki, Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsində Serdar Kılıçla görüşüb.

Serdar Kılıç Ermənistana səfəri öncəsi İğdırda jurnalistlərin suallarını cavablandırıb.

Türkiyənin “Anadolu” agentliyinin verdiyi məlumata görə, Serdar Kılıç quru sərhədi vasitəsilə Ermənistana səfər edəcəyini, səfər zamanı görülən işlər və gələcəkdə atılacaq addımların müzakirə olunacağını bildirib.

Kılıç onu da qeyd edib ki, “Zəngəzur xətti” böyük əhəmiyyət kəsb edir. O vurğulayıb ki, bu, təkcə Ermənistan və Türkiyə üçün deyil, bütün Orta Asiya və türk respublikaları üçün çox mühüm yoldur. O əlavə edib ki, Ermənistan tərəfinin bütün bunlara münasibəti müsbətdir.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
3
azpost.info

4Источники