RU

Onun əlinin altında bəlkə də dünyanın ən yaxşı hücumçusu var"

“Liverpul”un baş məşqçisi Arne Slot isveçli hücumçu Aleksander İsakı yüksək qiymətləndirib və onu müasir futbolun ən güclü forvardı adlandırıb.

Slot qeyd edib ki, onun transferi klub və azarkeşlər üçün böyük uğur olub, çünki razılaşmanın əldə edilməsi üçün hər iki tərəf ciddi səylər göstərib.

Sportinfo.az xəbər verir ki, niderlandlı baş məşqçi BBC-yə açıqlamasında həmçinin, vurğulayıb ki, İsak hələ hər oyunda 90 dəqiqə oynamağa hazır deyil:

“O, mövsümöncəsi hazırlıq prosesini buraxıb və optimal formaya mərhələli şəkildə qayıtmalıdır.

İsveç milli komandasının baş məşqçisi böyük tərifə layiqdir. Onun əlinin altında bəlkə də dünyanın ən yaxşı hücumçusu var və qarşıda iki çox önəmli oyun durur.

Amma baş məşqçi anlayır ki, İsakı tam oyun müddətinə buraxsa, o, zədələnə bilər”.

46 yaşlı mütəxəssis əlavə edib ki, İsakla uzunmüddətli müqavilə imzalanıb, ona görə də, fiziki durumuna diqqətlə yanaşmaq vacibdir.

25 yaşlı forvard bu mövsüm millidə ilk oyununa səfərdə Kosovo yığması ilə matçda (0:2) çıxıb və təxminən 20 dəqiqə meydanda olub.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Избранный
26
sportinfo.az

1Источники