RU

Rus rublu ilə bağlı vacib qərar:

Rusiya Bankının Direktorlar Şurası növbəti iclasında əsas uçot dərəcəsini 100 baza bəndi azaldaraq 18%-dən 17%-ə endirmək qərarı qəbul edib.Metbuat.az xəbər verir ki, analitiklər Mərkəzi Bankın bu dəfə 100 və ya 200 baza bəndi azaldılması variantları üzərində dayanacağını proqnozlaşdırırdılar. Ekspertlərin əksəriyyəti 200 bəndlik endirim gözləsə də, iclasa yaxın 100 bəndlik variant daha real hesab olunmağa başlayıb. Xatırladaq ki, iyulun 25-də keçirilən əvvəlki iclasda əsas dərəcə 200 baza bəndi azaldılaraq 20%-dən 18%-ə, iyunun 6-da isə 100 baza bəndi azaldılaraq 21%-dən 20%-ə endirilmişdi. Sonuncu dəfə belə qərar 2022-ci ilin sentyabrında qəbul olunmuşdu.Mərkəzi Bankın məlumatında bildirilir ki, inflyasiya hələ də illik hesablamada 4%-dən yüksəkdir, kreditləşmə artımı aktivləşib və inflyasiya gözləntiləri yüksək olaraq qalır. Qurum qeyd edib ki, inflyasiyanın 2026-cı ildə hədəf göstəriciyə qaytarılması üçün sərt pul-kredit siyasəti davam etdiriləcək.

Əsas dərəcə ilə bağlı növbəti iclas 24 oktyabrda keçiriləcək.

Избранный
25
2
metbuat.az

3Источники