RU

Menendesin arvadı ərinin dalınca göndərildi

AzVision.az “Bloomberg” nəşrinə istinadən xəbər verir ki, Nadin Arslanyan qanunvericilik səlahiyyətlərinin həyata keçirilməsində ərinin köməyi müqabilində nağd pul və qızıl rüşvət alıb.

Bu ilin aprel ayında Manhettendə federal münsiflər heyəti Nadin Menendesi 15 ittiham üzrə təqsirli bilib və əri, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin keçmiş sədri Robert Menendesləuzun müddət davam edən rüşvət sxemində əsas rol oynadığını sübuta yetirib.

Prokurorlar Misir rəsmiləri ilə görüşlərin təşkili, mesajlar ötürülməsi və rüşvət alınmasın kimi cinayətkar sövdələşmələrdə Nadin Menendesin əsas rol oynadığını əsas tutaraq, ona minimum 7 il həbs cəzası kəsilməsini təklif ediblər.

İttiham tərəfi xanım Menendesin öz ərinin korrupsioner məmurların maraqlarına uyğun qərarlarına təsir göstərmək vədləri müqabilində yüz minlərlə dollar, qızıl külçələr, nağd pul zərfləri və “uydurma işlər” aldığını bildirib. Hakim bütün cinayət əməllərində onun heç də“günahsız seyrçi” olmadığını vurğulayıb.

Robert Menendes layiqli cəzasınıaldı
Onun 922 min dollarının müsadirə olunması barədə qərar çıxaran məhkəmə, həmçinintibbi prosedurlardan keçmək üçünArslanyanın gələn ilin iyul ayına qədər azadlıqda qalmasına icazə verib.

“Ərim məni kukla kimi idarə edirdi. Mən ona kor-koranə güvənirdim”,- 58 yaşlı Nadin Menendes (Arslanyan) hökm oxunan zaman göz yaşları içində iddia edib.

Xatırladaq ki, keçmiş senatorun özü də analojicinayətlərə görə 11 il həbs cəzasına məhkum olunub. Onunla bağlı məhkəmənin hökmü bu il iyunun 17-dən qüvvəyə minib.
Bununla belə, Roert Menendes həbsxanadan göndərdiyi müraciətdə arvadının aldığı xəsarətləri və məruz qaldığı qəddar münasibəti əsas gətirərək ona daha yüngül cəza verilməsini xahiş edib.

Maraqlıdır ki, onların hər ikisi məhkəmə hökmlərindən apellyasiya şikayəti vermək niyyətindədir.

Sahil İsgəndərov
AzVision.az
Избранный
18
1
azvision.az

2Источники