RU

Putinə qarşı PLAN işə düşdü: Avropa HƏRƏKƏTƏ KEÇDİ, Rusiyanın NƏFƏSİNİ kəsirlər – CANLI

Avropa liderləri ABŞ Prezidenti Donald Trampı inandırıblar ki, Rusiya Ukraynada müharibəni bitirməkdə maraqlı deyil və Vladimir Putini danışıqlar masasına oturmağa məcbur etmək lazımdır. “Politiko” nəşri yazıb. Nəşr yazır ki, indi Avropa Ağ Evi bunu necə etmək barədə razılığa gəlməyə inandırmalıdır.

Məlumata görə, həftə ərzində bir sıra diplomatik səfərlər zamanı həm ABŞ, həm də avropalı yüksək vəzifəli məmurlar yeni maliyyə məhdudiyyətlərini və Rusiya neft və qazının tədarükünü kəsmək planlarını müzakirə etmək üçün görüşüblər.

Bundan başqa, qarşılıqlı razılaşdırılan təkliflərin təfərrüatını hazırlamaq üçün AB-nin yüksək səviyyəli texniki qrupu Vaşinqtona göndərilib.

“Tramp nəhayət bizim tərəfimizdədir”, - avropalı diplomatlardan biri nəşrə açıqlamasında deyib.

Rusiya və Ukraynanın danışıqlar qrupları arasında qarşılıqlı əlaqə dayandırılıb. Kremlin sözçüsü Dmitri Peskov Moskva və Kiyevin danışıqlar aparan tərəfləri arasında təmaslara dair sualı cavablandırarkən deyib. "Rabitə kanalları mövcuddur, onlar yaradılıb. Danışıqçılarımızın bu kanallar vasitəsilə əlaqə saxlamaq imkanı var, lakin hələlik, ola bilsin ki, fasilədən danışmaq daha məqsədəuyğundur", - Kreml rəsmisi qeyd edib.

Varşava öz qoşunlarını Ukrayna ərazisinə göndərmək niyyətini təsdiqləyib. Bu barədə təkcə Zelenskinin özü deyil, həm də Polşanın baş naziri Donald Tusk məlumat verib.
"Reuters" xəbər yayıb. Zelenski sosial şəbəkələrdə Donald Tusk ilə hərbi əməkdaşlıq haqqında razılığa gəldiyini açıqlayıb. O əlavə edib ki, tərəflər Şimali Atlantika Alyansının bütün üzvləri ilə hərəkətləri əlaqələndirmək niyyətindədirlər. Eyni zamanda o vurğulayıb ki, Tusk artıq pilotsuz təyyarələrdən müdafiə məsələlərində iştirak etmək üçün Ukraynaya Polşa qoşunlarını göndərməyə razılaşıb.

Polşanın baş naziri qoşunların yerləşdirilməsi ilə bağlı danışıqların həqiqətən də davam etdiyini təsdiqləyib və bildirib ki, bu missiyanın texniki detalları müzakirə olunur. Onun sözlərinə görə, xarici işlər naziri Radoslav Sikorski prosesi hazırlamaq üçün artıq Kiyevə gəlib və yaxın günlərdə ona müdafiə naziri Vladislav Kosiniyak-Kamış da qoşulacaq.

Tusk həmçinin qeyd edib ki, müzakirələrdə Polşa ordusunun pilotsuz maşınlara qarşı mübarizədə Ukrayna təcrübəsini necə mənimsəməsi barədə düşünən hərbi ekspertlər iştirak edir. Zelenski öz növbəsində Polşanın təhlükəsizliyini gücləndirmək üçün birgə təlimlər keçirməyi təklif edib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Zaur İbrahimli ilə gündəmi müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Избранный
45
musavat.com

1Источники