Çimərlik futbolu üzrə Avropa çempionatı – 2025-in (EBSL) final mərhələsində Azərbaycan milli komandası ikinci oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, yığmamız B Liqasının A qrupunda Litva ilə üz-üzə gəlib və qarşılaşmadan məğlub ayrılıb. İtaliyanın Viareccio şəhərində baş tutan görüşdə rəqib komanda 2:1 hesablı qələbəyə sevinib. Millimizin heyətində qolu Kamran Qürbətov vurub.
Beləliklə, qrupda ikinci yeri tutan millimiz yarımfinala vəsiqə qazanıb. Sentyabrın 13-də keçiriləcək yarımfinal görüşündə komandamız Rumıniya yığması ilə qarşılaşacaq.