Yanvar-avqust aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 562,5 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz azalıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft məhsullarından mazut istehsalı 2,2 dəfə, neft koksunun istehsalı 8,2 faiz, ağ neft istehsalı 7,5 faiz, qazoylların (dizel yanacağının) istehsalı 4,1 faiz artıb, avtomobil benzini istehsalı 2,8 faiz, sürtkü yağları istehsalı isə 42,8 faiz azalıb.