RU

Komitə sədri Şamaxıda vətəndaşların müraciətlərini dinləyib FOTOLAR

ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova sentyabrın 12-də Şamaxı rayonunda vətəndaşların müraciətlərini dinləyib. Komitədən SİA-ya verilən məlumata görə, görüşdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib.

Sonra Şamaxı və Qobustan rayon sakinlərinin müraciətləri dinlənilib. Qəbula gələnlərin müraciətləri əsasən alimentin ödənilməsi, uşaqla ünsiyyətin təmin olunması, boşanmadan sonra yaranan hüquqi problemlərin həlli, işlə təminedilmə və digər məsələlərə dair olub.

Komitənin məsul əməkdaşlarının da iştirak ilə hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa zamanda müvafiq həll yollarının müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
7
sia.az

8Источники