RU

42 yaşlı Zamiq...

Bu gün müğənni Zamiq Hüseynovun ad günüdür.

OLAY yazır ki, onun 42 yaşı tamam olur. Müğənninin sənət dostları instaqram hekayələrində Zamiqin şəkillərini paylaşaraq ona təbrik mesajları ünvanlayıblar.

Qeyd edək ki, Zamiq Hüseynov 12 sentyabr 1983-cü ildə Füzuli şəhərində dünyaya göz açıb. 2001-ci ildə 53 saylı orta məktəbi bitirib. 2001-2004-cü illərdə Asəf Zeynallı adına Musiqi texnikumunun muğam fakültəsində Zabit Nəbizadədən dərs alıb. Eyni zamanda konservatoriyada Teymur Əmrahdan vokal dərslərini mənimsəyib. 

2003-cü ildə Zamiqin ilk mahnısı olan Dəymərəm qəlbinə mahnısı və klipi işıq üzü görüb. 2005-ci ildə oxuduğu Uçduq adlı mahnısı xalq tərəfindən sevilir. 2006-cı ildə isə Uçduq adlı albomu çıxmışdır. 2008-ci ildə çıxan “Sən necə də gözələsən” mahnısı Azərbaycan çartlarında birinci yerləri tutub. 2009-cu ildə Sən necə də gözəlsən adlı albomu çıxıb. 2010-cu ildə Yaşıl Teatrda “Sən necə də gözəlsən” adlı ilk konserti baş tutub. 2010-cu ildə Röya ilə birlikdə Azərbaycanın 15 rayonunda Doğma diyar konsert proqramları ilə çıxış ediblər.

2013-cü ildə klassik bəstəkarlarımızın əsərlərindən ibarət Retro albomu çıxıb. 2014-cü ildə Bu şəhəri çox sevirəm adlı üçüncü albomu işıq üzü görüb. Eyni ildə Yaşıl Teatrda Bu şəhəri çox sevirəm adlı solo konserti baş tutub. 2015-ci ildə Karaoke albomu işıq üzü görüb. 2017-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Nazim Hacıəlibəyovun dirijorluğu ilə simfonik orkestrla solo konsert verib. 2018-ci ildə Naxçıvan şəhərində Heydər Əliyev sarayında "Kaman" adlı konsert proqramı ilə çıxış edib. 2018-ci ildə Heydər Əliyev Sarayında “Ələddin” uşaq müziklində Ələddin personajını canlandırıb. 2019-cu ildə Heydər Əliyev Sarayında "Bu gün bizim günümüz" adlı solo konsert verib. Eyni ildə Naxçıvanda Saat meydanında solo konsert proqramı ilə çıxış edib.

Избранный
15
1
olay.az

2Источники