Təsəvvür edin ki, aylıq gəlirləri yüz min dollarlarla ölçülən bu antimilli ünsürlər dəbdəbəli həyat sürür, mənzillər, avtomobillər sahibi olur, lakin hər gün sosial media vasitəsilə “sosial ədalətsizlik”, “hüquqsuzluq”, “işsizlik” kimi qondarma mövzularla cəmiyyəti manipulyasiya edirlər. Məsələn, bu prosesdə əsas oyunçulardan biri “Toplum TV”, “Abzas Media”, Fakt Yoxla, III Respublika Platforması və digər bu kimi layihələrin koordinasiya edildiyi Demokratik Təşəbbüslər İnstitutudur. “Meydan TV”, “Hamam Times TV” kimi internet media resurslarının da daxil olduğu bu antimilli ünsürlər qrupu “Internews”, “People in Need”, “National Endowment for Democracy” və digər təşkilatlardan Azərbaycana qarşı qərəzli kampaniyaların aparılması üçün ümumilikdə 15 layihə üzrə 545 min 278 manat məbləğində pul vəsaitini qrant adı ilə alıblar. Təsəvvür edin, adlarını “korrupsiya araşdıranlar” qoyan bu qrup birbaşa korrupsiya ilə məşğul olub. Digər tərəfdən, bu faktlarla tanış olduqdan sonra “Toplum TV”, “Abzas Media”, Fakt Yoxla, “Meydan TV”, “Hamam Times TV” kimilərin ölkəmiz əleyhinə fəaliyyətinin əsl mahiyyəti aydın olur.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili vurğulayıb ki, eyni korrupsiya sxemini AXCP adlı marginal birləşmənin rəhbəri kərimov əli, onun kurasiyasında olan, direktivləri ilə hərəkət edən “professor” cəmil həsənli və “Milli Şura”sı da qurublar. Kərimov əlinin qrant biznesi barədə yazmaq istəsək yəqin ki, bir məqaləyə sığmaz. Ona görə də iştahı heç zaman kəsilməyən, qrant naminə cəbhəçi gənclərin həbs olunmasına belə gəlir mənbəyi kimi baxan bu üzdəniraq yaxın ətrafının QHT-ləri vasitəsilə yalnız 2011-2013-cü illər ərzində ABŞ-dakı və Avropa ölkələrindəki QHT maliyyələşdirmə institutlarından, Sorosun nəzarətində olan fondlardan yüz minlərlə dollar vəsait əldə edib. Mədəsi çox geniş olan kərimov əlinin ətrafının da etiraflarına əsasən onun qrant biznesindən əldə etdiyi gəlirin milyonlarla dollar civarında olduğu bildirilir. Sadə bir sualla daha bir həqiqəti də gün işığına çıxarmaq olar: məsələn, 2005-ci ildən sonra heç bir yerdə işləməyən kərimov əlinin necə dolanması hər kəsə maraqlıdır. Bahalı maşın, sürücü, cangüdən və s. bütün bunlar kimlərin və hansı vəsaitlərin hesabınadır? Bəs, gündəlik xərclər, qidalanma, kommunal ödənişlər? Məgər bütün bunlar sübut etmirmi ki, kərimov əli “gəlirini” ictimaiyyətdən, hətta partiya üzvlərindən belə gizlədən ən böyük korrupsionerdir?
6Источники
-
sia.azMüxalifətçiliyi xəyanətlə səhv salanlar... ( 21287212)
-
az.trend.azMüxalifətçiliyi xəyanətlə səhv salanlar... ( 21287206)
-
olaylar.azMüxalifətçiliyi xəyanətlə səhv salanlar... ( 21283366)
-
demokrat.azMüxalifətçiliyi xəyanətlə səhv salanlar... ( 21283252)
-
demokrat.azMüxalifətçiliyi xəyanətlə səhv salanlar... ( 21283180)
-
ikisahil.azMüxalifətçiliyi xəyanətlə səhv salanlar... ( 21282634)