RU

“Moskva “3+3” görüşünün təşkili üçün İrəvan və Bakıdan addımlar gözləyir” - Zaxarova

“Rusiya Ermənistan və Azərbaycanın “3+3” formatında növbəti görüşün yeri və tarixlərinin tezliklə razılaşdırılması üçün əməli addımlar atacağını gözləyir”. 

Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Bu, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və Cənubi Qafqaz üçün mühüm məsələlərin müzakirəsi üçün effektiv platformadır. Moskva bütün istiqamətlərdə tərəfdaşları dəstəkləməyə hazırdır", - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda sülhün möhkəmləndirilməsini və Ermənistanla Azərbaycan arasında sabit barışığın yaradılmasını prioritet hesab edir. 

Daşqın HəsənovMissiya.Az

Избранный
35
7
missiya.az

10Источники