RU

Yasamalda yol bağlanacaq AAYDA sürücülərə müraciət etdi

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

"13 sentyabr saat 08:00-dan 14 sentyabr 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsinin A.A.Bakıxanov küçəsindən B.Bağırov küçəsinədək olan hissəsində təmir işləri aparılacaqdır".

Bu barədə Avtosfer.az-a AAYDA-dan məlumat verilib. 

Məlumatda qeyd olunur ki, bu səbəbdən qeyd olunan müddətdə sözügedən yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaqdır.

"Sürücülərdən hərəkətlərini öncədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur", - Agentlik vurğulayıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
31
avtosfer.az

10Источники