RU

Ağstafada payız qış mövsümünə hazırlıq müzakirə olundu Fotolar

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən Şuranın növbəti iclasında rayonda payız-qış mövsümünə hazırlığın vəziyyəti müzakirə olunub. 

“Qafqazinfo” xəbər verir ki, iclasda Şura üzvləri, aidiyyəti üzrə məsul şəxslər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

RİH başçısı Seymur Orucov giriş nitqində Prezident İlham Əliyevin ölkənin tərəqqisi, xalqımın firəvanlığı naminə yürütdüyü daxili və xarici siyasətdən, eləcə də Ağstafa rayonunda icra olunan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, sosial infrastruktur layihələrdən bəhs edib. Sonra gündəlikdə duran məsələləri səsləndirib, payız-qış mövsümünün tədbirlər planına uyğun olaraq problemsiz başa çatdırılması üçün bütün zəruri işlərin vaxtında icra edilməsinin vacibliyini diqqətə çatdırıb.

RİH başçısı Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Milli mətbuatının 150 illik yubileyi münasibətilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilən “Ağstafa” qəzetinin Baş redaktoru İbrahim Əliyevə ali mükafata layiq görüldüyünə görə ağstafalılar adından təşəkkürnamə təqdim edib.

Daha sonra söz məruzəçilərə verilib. Müvafiq olaraq rayonun qışa hazırlığının vəziyyəti barədə Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova, Ağstafa Elektrik Şəbəkəsinin rəisi Namaz Mənsumov, Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa rayon Xidmət Sahəsi üzrə rəis müavini Anar Qocayev çıxış edib. 

Gəncə RDYNİ-nin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru Xaliq Omarov rayonda yanğın təhlükəsizliyi qaydalarına əməl olunması ilə bağlı maarifləndirmə işləridən danışıb. Rayonda epizotik vəziyyət, heyvandarlıq sahəsində vaksinasiya və zoobaytar tədbirlərin həyata keçirilməsi istiqamətində görülən işlərə dair Ağstafa Rayon Heyvan Sağlamlığı Baytarlıq Xidmətləri İdarəsinin rəisi Şəfayət Bağırov geniş məruzə ilə çıxış edib.

RİH başçısı avtomobil yollarındakı su ötürücü boruların giriş-çıxışlarının, körpülər yerləşən sahədə çayların məcrasının təmizlənməsinə, yollarda sürüşkənliklərin ləğv edilməsi üçün duz və qum materialı ehtiyatının görülməsi, o cümlədən Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi üzrə çoxmənzilli yaşayış binalarının tüstü və havalandırıcı şaxtalarında zəruri təmizlənməsi işlərinin aparılması, Rayon Mərkəzi Xəstəxanasının əsas korpusu və digər binalarına, rayonun ümumtəhsil müəssisələrinin və digər bu kimi vacib kateqoriyalı binaların isidilməsini təmin edən qazanxanaların saz vəziyyətə gətirilməsinə dair vacib tapşırıq və tövsiyələrini verib.

Müzakirə olunan məsələlə dair Şuranın müvafiq qərarları qəbul olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
2
qafqazinfo.az

3Источники