
Avropa İttifaqı (Aİ) Rusiya və Belarusun Aİ-dəki müvəqqəti işlər vəkillərini baş ofisə çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) agentliyi ittifaqın adının çəkilməsini istəməyən rəsmi nümayəndəsinə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, bu, Rusiya dronlarının Polşa ərazisinə “qəsdən və təhlükəli” müdaxiləsinə etirazla bağlıdır.