RU

Tarixi hadisə: 104 deputat imzaladı - Makron GETMƏLİDİR!

Fransada 104 deputat ölkə prezidenti Emmanuel Makronun impiçmenti ilə bağlı parlamentə təqdim olunan qanun layihəsini dəstəkləyib.

Publika.az xəbər verir ki, bu barədə “Insoumise France” partiyasının sədri Matilde Pano sosial şəbəkədəki hesabında bildirib.

"Tarixi hadisə! Sentyabrın 10-da baş verən xalq etirazlarının uğurundan sonra "Əzilməmiş Fransa"dan olan 104 deputat respublika prezidentinin impiçmenti haqqında vəsatəti imzalayıblar. Makron getməlidir!", - siyasətçi deyib.

Qeyd edək ki, sentyabrın 10-da bütün Fransada “Hər şeyi bloklayın!” şüarı altında kütləvi etiraz aksiyaları keçirilib. Hökumətin iqtisadi siyasətindən və büdcə ixtisarından narazı olan nümayişçilər küçələri bağlayıb, zibil qutularını yandırıb, polislə toqquşublar.

Избранный
5
publika.az

1Источники