RU

Şəkərdən imtinanı asanlaşdıracaq MƏSLƏHƏTLƏR

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dietoloq Vaqner dos Reys bildirib ki, şəkər istehlakını azaltmaq mümkündür və bu zaman yeməkdən həzz almaqdan imtina etməyə ehtiyac yoxdur.

Redaktor.az xəbər verir ki, onun sözlərini Terra nəşri yayıb.

Mütəxəssis qeyd edib ki, adi çörək çox vaxt əlavə şəkər ehtiva edir. Buna görə tam buğda çörəyi seçmək və ya evdə hazırlanmış reseptlərə üstünlük vermək daha faydalıdır. Ağ şəkəri isə banan, alma və ya üyüdülmüş darçınla əvəzləməyi məsləhət görüb.

Qazlı içkilər əvəzinə Reys limon dilimləri, nanə və zəncəfil əlavə olunmuş su içməyi tövsiyə edib. Peçenye yerinə isə quru meyvələr, çərəzlər, eləcə də banan, alma və kokos çipsləri seçim ola bilər.

Şokolad sevərlərə gəlincə, o, tərkibində ən azı 70 faiz kakao olan variantlara üstünlük verməyi məsləhət görüb.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
61
1
redaktor.az

2Источники