RU

Bakıda “Dance Lab – Dances of the World” təşkil olunub – rəqs mədəniyyətlərin dili kimi - VİDEO

Azərbaycan Rəqs İttifaqının (AzDC) təşkilatçılığı ilə keçirilən genişmiqyaslı World Artistic Dance Festival & Baku Flow 2025 festivalı çərçivəsində hakimlər və iştirakçılar üçün ustad dərsləri təşkil olunub. Milli.az xəbər verir ki, bu ustad dərsləri Azərbaycan rəqqasları üçün nadir fürsət yaradaraq, onlara dünyanın aparıcı mütəxəssislərindən öyrənmək və beynəlxalq hakimlik lisenziyaları qazanmaq imkanı verib.

Festivalın ən maraqlı tədbirlərindən biri isə "Dance Lab - Dances of the World" layihəsi olub. Bu tədbir şəhərin yaradıcı məkanlarından olan Nine Senses incəsənət mərkəzində keçirilib və iştirakçılara hərəkət, ritm və ənənələr vasitəsilə müxtəlif ölkələrin mədəniyyətinə və enerjisinə dərindən nüfuz etmək fürsəti yaradıb.
Dünya rəqs səhnəsinin tanınmış simaları öz bilik və təcrübələrini bölüşüblər:

• Dimitris Kranias (Yunanıstan) iştirakçıları məşhur Sirtaki rəqsinin ifadəli plastika və ritmik strukturu ilə tanış edib;
• Tea Tsiklauri (Gürcüstan) zərif və temperamentli Açaruli rəqsinin incəliklərini nümayiş etdirib;
• Eldar Cəfərov (Azərbaycan) isə Broadway Jazz Fox üslubunda ustad dərsi keçirib - bu stil Nyu-Yorkun bədii ruhu və məşhur brodvey müzikllarının cazibəsindən ilham alır.

Tədbirin iştirakçıları yalnız əsas elementləri deyil, həm də hər bir rəqsin fəlsəfəsini öyrəniblər. Beləliklə, onlar anlayıblar ki, xoreoqrafiya təkcə texnika deyil - bu, mədəniyyətin, enerjinin və özünüifadənin canlı dilidir.

World Artistic Dance Festival & Baku Flow 2025 mədəni mübadilə və gənc istedadların dəstəklənməsi ənənəsini davam etdirir. Bu festival təkcə yarış və ya nümayiş deyil, yaradıcılıq, inkişaf və beynəlxalq tanınma üçün bir platformadır. Eyni zamanda, Azərbaycan rəqs sənətinin inkişafında mühüm rol oynayaraq, yeni nəsil sənətçilər üçün yeni üfüqlər açır və ölkənin dünya sənət cameəsi ilə əlaqələrini daha da gücləndirir.

İnformasiya dəstəyi: Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Избранный
42
1
milli.az

2Источники