RU

Premyer Liqada ayın baş məşqçisi müəyyənləşdi

İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı baş məşqçisi açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, “Liverpul”un çalışdırıcısı Arne Slot bu mükafata layiq görülüb. Mersisayd təmsilçisi ötən ay çempionatda keçirdiyi bütün oyunlarda qələbə qazanıb.

“Qırmızılar” avqustda “Bornmut”u 4:2, “Nyukasl”ı 3:2, “Arsenal”ı isə 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, niderlandlı mütəxəssis karyerasında ikinci dəfə “ayın məşqçisi” adına sahib çıxır. Slot daha əvvəl 2024-cü ilin noyabrında bu uğuru qazanmışdı.

Избранный
15
1
idmanxeber.az

2Источники