RU

Danimarka təxminən 9 milyard dollara HHM sistemləri almağı planlaşdırır

Danimarka 58 milyard Danimarka kronuna (9,11 milyard dollar) Avropa istehsalı olan hava hücumundan müdafiə sistemlərini almağı planlaşdırır ki, bu da ölkə tarixində ən böyük hərbi alış olacaq.

Bu barədə Reuters Danimarkanın müdafiə naziri Troels Lund Poulsenin bəyanatına istinadən məlumat yayıb.

Dövlətin İtaliya-Fransa istehsalı olan SAMP/T, o cümlədən Norveç, Almaniya və ya Fransa istehsalı olan orta mənzilli hava hücumundan müdafiə sistemləri də daxil olmaqla ümumilikdə səkkiz sistem almağı planlaşdırdığı bildirilir.

"Təhlükəsizlik vəziyyətinin təhdid altında olduğuna şübhə yoxdur", - deyə Poulsen bildirib.

Избранный
11
aznews.az

1Источники