Çin dünyanın ən hündür körpüsünün tikintisini başa çatdırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Huadzyan kanyonu üzərində inşa edilən körpünün hündürlüyü 625 metr, uzunluğu isə 3 kilometrdir, Eyfel qülləsindən iki dəfə hündürdür. Açılış sentyabrda gözlənilir.
Sınaqlarda körpüyə ümumi çəkisi 3360 ton olan 96 yük maşını yerləşdirilib, heç bir problem qeydə alınmayıb.
Cəmi 3,5 ilə tikilən körpü Cənubi-Qərbi Çində Lyuji və Anlun bölgələrini birləşdirəcək və həm nəqliyyat, həm də turizm məqsədlərinə xidmət edəcək.
Xuraman Etibarlı
İnterpress.az