RU

Cəlilabad yox, Cəlal Abad paytaxt olur FOTO

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir müddətdir ki, Azərbaycanda paytaxtın Bakıdan köçürülməsi haqda müzakirələr gedir. Bu əsnada bir neçə rayon və şəhərin adı çəkilir. Düzdür, o sırada Cəliliabad yoxdur, çünki ora da İranla sərhədyanı rayondur, bu da paytaxt üçün əlverişli məskən hesab oluna bilməz. Amma belə görünür ki, xəritədə tezliklə Cəlilabadı xatırladan, Cəlal-Abad adlı paytaxt görə bilərdik, amma...

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, sentyabrın 10-da Qırğızıstan parlamenti respublikanın cənubunda yerləşən Cəlal-Abad şəhərinin adının dəyişdirilməsi ilə bağlı qanun layihəsini üç oxunuşda qəbul edib.

Sənəd imzalanması üçün prezident Sadır Japarova göndərilib.

Bu prosedurun rəsmi xərcləri yerli büdcədən qarşılanacaq 15 milyon som (171,5 min dollar) məbləğində qiymətləndirilir.

Qırğızıstanda Cəlal-Abad şəhərinin adının Manas adlandırılması ilə bağlı qanun layihəsini qəbul edilib. "Manas" xalqı birləşdirən sadəcə qəhrəmanlıq dastanı və ya Manas qəhrəmanının şücaəti deyil, həm də qırğızların çoxəsrlik təcrübəsini, dəyərlərini, mənəviyyatını əks etdirən "köçəri həyatının ensiklopediyası"dır.

Bildirilir ki, bu təşəbbüsün müəllifi Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev olub. O, Cəlal-Abadda yerli hakimiyyət orqanları ilə müşavirə keçirib və onlara mümkün qədər tez bir zamanda şəhərin Baş Planını hazırlamağı tapşırıb.

Regional mərkəzin adının dəyişdirilməsi təklifinə ilk reaksiya verən keçmiş baş nazir Feliks Kulov olub. O paytaxtın dəyişdirilməsini dəstəkləyib, ancaq maliyyə imkanları olduğu halda.

Bununla belə, şəhər Böyük İpək Yolu üzərində mühüm ticarət mərkəzi olmaqla min illik tarixə malikdir. O, adını tacirlər və zəvvarlar üçün karvansaranın banisi, bir versiyaya görə, yaxınlıqdakı "Şer-Bulak" bulağından insanları su və palçıqla müalicə edən Cəlaləddinin şərəfinə almışdır.

Tarixçi Kainarbek Biylibayev Cəlal-Abad adının mənşəyini urdu-farsca "müqəddəs, böyük yer" mənası ilə izah edib. Amma eyni zamanda, o hesab edir ki, onun adının dəyişdirilməsi Manas "şəhəri güc və əhəmiyyət simvoluna çevirəcək".

Etno-Milli Strategiyalar Agentliyinin direktoru Aleksandr Kobrinski "Nezavisimaya qazeta"ya Qırğızıstanın bu istəyinin ağlabatan izahı yoxdur. "Paytaxtın köçürülməsi, bir qayda olaraq, müstəsna hallarda həyata keçirilir, məsələn Braziliyada olduğu kimi, əhalinin həddindən artıq çox olması səbəbindən. Bu qərar, yəqin ki, Qərb tərəfdaşları ilə məsləhətləşmələrsiz qəbul edilib, çünki belə layihələrə ciddi maliyyə lazımdır. Rusiyanın bu cür təşəbbüslərə pulu yoxdur və Çin də çətin ki, uğursuz kimi görünən layihəni maliyyələşdirsinz".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
2
news.milli.az

3Источники