RU

Rusiya səfiri Almaniya XİN-ə çağırıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev Polşada PUA (Pilotsuz Uçuş Aparatı) insidenti ilə bağlı Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Almaniya XİN-nin "X" hesabında dərc olunmuş bəyanatında bildirilib.
Nazirlik bildirib ki, Rusiya NATO hava məkanına öz PUA-larının göndərərək təhlükəli və qəbuledilməz şəkildə hərəkət edir.
"Bununla əlaqədar Rusiya səfiri bu gün Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb", - deyə nazirliyin bəyanatında qeyd edilib.
Xatırladaq ki, sentyabrın 10-da səhər saatlarında Polşa ordusunun operativ komandanlığı PUA kimi müəyyən edilən və ölkənin hava məkanını pozan bir neçə obyektin məhv edildiyini açıqlayıb. Baş nazir Donald Tuskun sözlərinə görə, sentyabrın 9-dan 10-na keçən gecə 19 analoji fakt qeydə alınıb. İnsidentlə əlaqədar NATO Polşanın xahişi ilə alyans üzvləri arasında məsləhətləşmələrə başlamaq üçün Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsini tətbiq edib.
Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, sentyabrın 9-dan 10-na keçən gecə Rusiya silahlı qüvvələri İvano-Frankivski, Xmelnitski, Jitomir vilayətlərində, həmçinin Vinnitsa və Lvovda Ukraynanın hərbi-sənaye kompleksi müəssisələrinə zərbələr endirib. Polşa ərazisində obyektlərə zərbə endirilməsi planlaşdırılmayıb. Polşa ilə sərhədi keçdiyi iddia edilən PUA-ların uçuş məsafəsi isə 700 km-dən çox olmayıb. Rusiya Müdafiə Nazirliyi bu məsələdə Polşa tərəfi ilə məsləhətləşmələrə hazır olduqlarını da bəyan edib.
Избранный
15
1
oxu.az

10Источники