Azərbaycanın çimərlik futbolu millisi Avropa çempionatının final mərhələsində bu gün Litva ilə qarşılaşıb.
Musavat.com xəbər verir ki, Sahib Məmmədovun komandası matçda 1:2 hesabı ilə uduzub.
Millimizin heyətində qolu Kamran Qürbətov vurub.
Beləliklə, qrupda ikinci yeri tutan Azərbayca yığması yarımfinala vəsiqə qazanıb.
Sentyabrın 13-də keçiriləcək yarımfinal görüşündə komandamız Rumıniya yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, Azəbaycan millisi ilk görüşdə Belçikanı 5:4 hesabı ilə məğlub etmişdi.
Sultan Məmmədli
Musavat.com