RU

Hacıqabul Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib - FOTOLAR

12 sentyabr 2025-ci il tarixində Hacıqabul Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

"Unikal" xəbər verir ki, konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov, eləcə də rayon ağsaqqalları, ziyalıları, idarə, təşkilat rəhbərləri və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov konfrans iştirakçılarını salamlayaraq rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolundan, rayonda ağsaqqalların səmərəli fəaliyyətindən söz açıb. Rayon Ağsaqqallar Şurasının ötən dövrdəki fəaliyyətini müsbət qiymətləndirib və konfransın işinə uğurlar arzulayıb.

Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov öz çıxışında Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamlayaraq, ona doğma olan bu rayonda ağsaqqallarla və sakinlərlə növbəti dəfə görüşdüyü üçün məmnun olduğunu bildirib. Xalqımızın Ümummilli Lideri  Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən bəhs edən natiq vurğulayıb ki, dövlət başçısının zəngin təcrübəsi, müdrik və güclü siyasəti nəticəsində ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrəti davamlı olaraq artır, beynəlxalq aləmdə nüfuzu gündən-günə möhkəmlənir və dünya səviyyəsində lider dövlətlər sırasına yüksəlir. Avqustun 8-də bütün dünyanın diqqət mərkəzində olan ABŞ-Azərbaycan ikitərəfli və ABŞ-Azərbaycan-Ermənistan üçtərəfli Vaşinqton Zirvəsinı ölkəmizin böyük və tarixi diplomatik qələbəsi kimi dəyərləndirib. Akademik Əhliman Əmiraslanov vurğulayıb ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev döyüş meydanında qazandığımız zəfərləri Vaşinqtonda, diplomatiya meydanında da təsdiqləyib. Sonra natiq Hacıqabul Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək dəyərləndirərək ağsaqqallara gənclərlə aparılan maarifləndirmə işlərini, eləcə də cəmiyyətimizdə hələ də mövcud olan erkən nikahların qarşısının alınması, boşanmaların sayının artması və gənc nəslin zərərli vərdişlərə aludəçiliyinə qarşı fəaliyyətlərini daha da artırmağı tövsiyə edib. Çıxışının sonunda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov ağsaqqallara möhkəm cansağlığı və gələcək işlərində uğurlar diləyib.

Konfransda hesabat məruzəsi ilə çıxış edən Hacıqabul Rayon Ağsaqqallar Şurasının sədri sahib Aslanov vurğulayıb ki, ötən dövr ərzində yerli təşkilatın üzvləri rayonun ictimai-siyasi və mədəni həyatında, bir çox aktual məsələlərin həllində aktiv iştirak ediblər. Həmçinin təhsil ocaqlarında gənclərlə maarifləndirici söhbətlər apararaq  onların dövlətçilik və vətənpərvərlik ruhunda yetişmələri üçün öz məsləhət və tövsiyələrini vermiş, şəhid ailələrinin üzvlərinə, qazilərə diqqət və qayğı ilə yanaşmış, onlara daim dəstək olmağa çalışmışlar. Sədr məruzəsinin sonunda rayon ağsaqqallarının ölkəmizin inkişafı naminə gələcəkdə də öz bilik və bacarıqlarını əsirgəməyəcəklərini qeyd edib.

Konfransda çıxış edən rayon ağsaqqalları Şükür Məmmədov, Əhməd Ağayev və Süleyman Bəşirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsində, işğal olunmuş ərazilərdə yenidənqurma və abadlıq işlərinin aparılmasında əvəzsiz fəaliyyətindən bəhs ediblər. Son illərdə Hacıqabul rayonunda ağsaqqallarının gündən-günə artan səmərəli fəaliyyətindən, rayonun ictimai-siyasi həyatında onların nüfuzundan söz açıblar və Şuranın ötən dövrdəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Избранный
25
2
unikal.az

3Источники