RU

Yeni depolar və stansiyalar inşa olunur MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"İctimai nəqliyyatda sıxlığın azaldılmasının əsas yolu nəqliyyatın şaxələndirilməsidir. Hazırda əsas yük avtobus və metro üzərinə düşür, taksi isə sadəcə köməkçi vasitə kimi fəaliyyət göstərir". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, vaxtilə tramvay xətləri ləğv olunmasaydı, bu gün bu qədər sıxlıq problemi yaşanmazdı: "Bununla belə, vəziyyəti tam acınacaqlı hesab etmək olmaz. Son illərdə bu sahədə müəyyən inkişaf müşahidə olunur. Məsələn, cəmi üç il əvvəl Bakı və ətraf ərazilərdə təxminən 1800 avtobus fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 2200-dən artıqdır. Proqnozlara görə, hər il təxminən 400 yeni avtobusun gətirilməsi mümkündür. Bu isə ictimai nəqliyyatda sıxlığın azalmasına şərait yarada bilər. Avtobusların sayı artdıqca sıxlığın da tədricən azalacağı gözlənilir.

Metro ilə bağlı vəziyyət bir qədər fərqlidir. Bakı Metropoliteni inşa olunarkən şəhərin gələcək böyüməsi, iqtisadi inkişafı və əhalinin artımı bu qədər geniş nəzərə alınmamışdı. Nəticədə metro sisteminin buraxılış potensialı zəif qaldı. Hazırda bu problemin aradan qaldırılması üçün yeni depolar tikilir, stansiyalar inşa olunur, qatarların sayı artırılır. Görülən tədbirlər də məhz sıxlığın azaldılmasına yönəlib.

Alternativ variantlardan biri tramvay xətlərinin bərpasıdır. Tramvay xətləri çəkilərsə, metro və avtobuslara düşən yük əhəmiyyətli dərəcədə azalacaq. Bu proses nə qədər tez reallaşsa, nəticə bir o qədər tez əldə ediləcək. Bundan başqa, marşrut taksilərinin yaradılması da əlavə alternativ ola bilər. Vaxtilə şəhərdə 9–11 nəfərlik mikroavtobuslarla fəaliyyət göstərən marşrut taksiləri səmərəli işləyirdi. Onların yenidən fəaliyyətə qaytarılması ictimai nəqliyyatda rahatlığın təmin olunmasına müsbət təsir göstərə bilər"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
sia.az

2Источники