RU

“Dedi ki, uşağı hirslənib yerə çırpdım” Ölən körpənin atası Video

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Neftçalada 1 yaşlı uşaq müəmmalı şəkildə vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, rayonun İkinci Qaralı kəndində əkizlərdən biri olan körpə oğlan uşağının anası tərəfindən öldürüldüyü iddia edilir.

Belə ki, körpənin atası Səftər Allahverdiyev deyib ki, hadisədən əvvəl həyat yoldaşı psixoloji gərginlik keçirib: “Mənə zəng elədi ki, özünü çatdır, uşağın vəziyyəti yaxşı deyil. Dedi ki, “uşaq ağlamağa başladı, nə qədər etdim sakitləşdirə bilmədim, silkələyib yerə çırpdım”.

S. Allahverdiyev bildirib ki, hadisədən bir neçə saat əvvəl evdə həyat yoldaşı ilə mübahisəsi olub.

Daha ətraflı Baku TV-nin süjetində:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
10
qafqazinfo.az

10Источники