RU

Türkiyə nümayəndəsinin səfəri İrəvanda etirazla qarşılandı - Daşnaklar küçələrə çıxdı - VİDEO

Ermənistan hökuməti binasının qarşısında Türkiyə nümayəndəsi Sərdar Kılıcın gəlişinə qarşı aksiya keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Məlumatda bildirilir ki, etirazın təşəbbüskarları “Daşnaksütyun” partiyasının gənclər qanadının üzvləridir.

İştirakçılar “Unutmayaq” şüarını səsləndirir, əllərində “1915” rəqəmi yazılmış plakatlar və Bakıda həbsdə olan ermənilərin (terrorçuların) fotolarını tutublar.

Onlar Ermənistan hakimiyyətinin Ankara ilə münasibətlərin normallaşdırılması siyasətini “antimilli” adlandırıblar.

Musavat.com

Избранный
84
1
musavat.com

3Источники