RU

Neftçalada 1 yaşlı körpə öldü - “Dedi ki, uşağı hirslənib yerə çırpdım”

Neftçala ötən gün 1 yaşlı körpə həyatını itirib.

Modern.az xəbər verir ki, II Qaralı kəndində 2001-ci il təvəllüdlü Allahverdiyeva Şəbnəm Etibar qızının qucağında olan əkiz uşaqlarından biri, 2024-cü il təvəllüdlü körpə yerə düşüb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan körpə dünyasını dəyişib.

Körpənin anası tərəfindən öldürüldüyü iddia edilir.

Belə ki, körpənin atası Səftər Allahverdiyev "Baku Tv"yə deyib ki, hadisədən əvvəl həyat yoldaşı psixoloji gərginlik keçirib: “Mənə zəng elədi ki, özünü çatdır, uşağın vəziyyəti yaxşı deyil. Dedi ki, “uşaq ağlamağa başladı, nə qədər etdim sakitləşdirə bilmədim, silkələyib yerə çırpdım”.

S. Allahverdiyev bildirib ki, hadisədən bir neçə saat əvvəl evdə həyat yoldaşı ilə mübahisəsi olub.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi açılıb, hadisəni törətməkdə şübhəli bilinən qadın saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
13
5
modern.az

10Источники