RU

Mansur Piriyev AQTA-da şöbə müdiri vəzifəsindən ÇIXARILIB?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyevin tutduğu vəzifədən azad edildiyi iddia olunur.

Bizim.Media-ya daxil olan məlumata görə, Mansur Piriyev artıq şöbə müdiri deyil və o, hazırda qurumda sıravi mütəxəssis kimi fəaliyyətini davam etdirir.

Məsələ ilə bağlı Mansur Piriyev Bizim.Media-ya açıqlamasında yayılan məlumatı təkzib edib. Onun sözlərinə görə, hazırda əvvəlki vəzifəsində fəaliyyətini davam etdirir. 

Qeyd edək ki, məsələ ilə bağlı AQTA-dan rəsmi açıqlama verilməyib.

Aygün Hüseyn, Bizim.Media

Избранный
2
4
bizim.media

5Источники