RU

Dövlət qurumlarına geyim satan şirkətdə qanunsuzluq - 20 000 manat cərimə olundu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dövlət tibb müəssisələrinin geyim formalarını hazırlayan "Dress Uniförm" Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) külli miqdarda cərimələnib.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə protokol tərtib edilib.
Aparılan araşdırma zamanı V.B. adlı şəxs "Dress Uniförm"da çalışsa da, ona əməkhaqqının verilmədiyi müəyyənləşib. Həmçinin V.B. ilə şirkət arasında əmək müqaviləsi bağlanmayıb.
Məhkəmənin qərarı ilə "Dress Uniförm" MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 20 000 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunub.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1 000-2 000 manatadək, vəzifəli şəxslər 3 000-5 000 manatadək, hüquqi şəxslər 20 000-25 000 manatadək məbləğdə cərimə edilirlər.
Xatırladaq ki, nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Rövşən Akif oğlu Nəsirdir.
Избранный
21
5
oxu.az

6Источники